AZ

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Mərdəkan yolunda qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən qadını vurub.

Piyada hadisə yerindəcə ölüb.

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
118
apa.az

1Mənbələr