AZ

Türkiyədə ağır qəza: 4 nəfər öldü

Türkiyənin Kütahya vilayətində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, hadisə Kütahya-Tavşanlı magistral yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili yük maşınına çırpılıb. Nəticədə dörd nəfər həlak olub.

Qəzaya dumanlı hava şəraiti və yüksək sürətin səbəb olduğu güman edilir.

Faktla bağlı araşdırma başladılıb.


Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr