AZ

Şəmkirdə mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb - FOTO

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info-nun  məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./APA

Seçilən
57
29
sitat.info

10Mənbələr