AZ

"Danışıqlarda çox az irəliləyiş var" - Ukraynanın ABŞ-dəki səfiri

Hazırda Moskva və Kiyev arasında münaqişənin sülh yolu ilə həllində az irəliləyiş var.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina deyib. 

 O, əmin edib ki, ABŞ və Ukrayna nəticələr əldə etməyə sadiqdir. Onun sözlərinə görə, Kiyev hərbi əməliyyatların dayandırılması və davamlı sülhün bərqərar olması üçün hər cür səy göstərir. Diplomat bildirib ki, tərəflər hazırda müqavilələrin potensial miqyasını müzakirə edirlər.

"İndi isə biz Moskva görüşündən sonra gələcək addımları, eləcə də mümkün növbəti addımları müzakirə edirik. Deməli, çox da irəliləyiş yoxdur, lakin proses davam edir", - Stefanişina bildirib.

Gülayə Mecid 

Seçilən
85
50
unikal.az

10Mənbələr