
Bu gün Bakının Xəzər rayonun Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta