AZ

Yutubda yeni funksiya “İlin yekunları”

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yutub platforması 2025-ci il üzrə “İlin yekunları” (“Recap”) funksiyasını təqdim edib.Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, funksiya artıq Şimali Amerikada istifadəyə verilib, digər regionlarda isə həftə sonuna qədər aktivləşdirilməsi gözlənilir.İstifadəçilər öz şəxsi illik hesabatlarını birbaşa yutubun əsas səhifəsində və ya “Siz” bölməsində görə biləcəklər. Hesabat on iki informativ kartdan ibarət olacaq və il ərzində baxış vərdişlərinin dəyişimini, əsas maraq sahələrini və ən çox izlənilən kanalları nümayiş etdirəcək.Xüsusi bölmə musiqi fəaliyyətinə həsr olunub. Musiqiyə daha çox qulaq asan istifadəçilər il ərzində ən çox dinlədikləri ifaçıları, mahnıları və üstünlük verdikləri janrlar haqqında genişləndirilmiş məlumat əldə edə biləcəklər.Yutubun yeni funksiyası çərçivəsində baxış tarixçəsinin analizi əsasında hər bir istifadəçiyə xüsusi şəxsiyyət tipi təyin ediləcək. Mümkün kateqoriyalar arasında “Macəra axtaran”, “Yaradıcı ruh”, “Günəş şüası”, “Filosof”, “Xəyalpərəst” və digər obrazlar yer alır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
demokrat.az

2Mənbələr