AZ

“Vulverhempton” evdə “Nottingham Forest”ə uduzdu

İngiltərə Premyer Liqasının 14-cü turunda “Vulverhempton” öz meydanında “Nottingham Forest”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Molineux” stadionunda keçirilən matç “meşəçilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun yeganə qolunu 72-ci dəqiqədə Iqor Xesus vurub.

Bu nəticədən sonra “Vulverhempton” cəmi iki xalla Premyer Liqanın turnir cədvəlinin sonuncu — 20-ci pilləsində qərarlaşıb. “Nottingham Forest” isə 15 xalla 16-cı yerdədir.

Növbəti turda “canavarlar” dekabrın 8-də öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. “Meşəçilər” isə dekabrın 6-da səfərdə “Everton”la qarşılaşacaqlar.

Seçilən
19
90deqiqe.az

1Mənbələr