AZ

Bu iki yağ sizi daha uzun yaşada bilər

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"100 yaşına qədər yaşamaq istəyənlər mütləq rasionlarına iki məhsulu daxil etməlidirlər".

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Yekaterina Yanq danışıb.

O, ilk olaraq gündəlik menyuya kokos yağını əlavə etməyi tövsiyə edib.

Onun sözlərinə görə, bu məhsulun qəbulu enerjini artırır, orqanizmdə ümumi iltihabı və insulinə həssaslığı azaldır ki, bu da demensiyanın profilaktikası üçün vacibdir. Bundan əlavə, kokos yağı çəkiyə və hormonal balansın qorunmasına kömək edir.

Həkimin uzunömürlülük üçün adlandırdığı ikinci məhsul isə şam qozu yağıdır. Onun sayəsində bağırsaq mikroflorasının tərkibi, ümumilikdə həzm sisteminin işi, dəri və saçların vəziyyəti yaxşılaşır. Onun sözlərinə görə, bu məhsulun başqa bir üstünlüyü ürək-damar xəstəlikləri riskini azaltmasıdır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
1
olke.az

2Mənbələr