AZ

BMT Ukraynalı uşaqlarla bağlı Kiyev qətnaməsini qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında ukraynalı uşaqlarla bağlı Qərb ölkələrinin dəstəklədiyi qətnamə qəbul olunub. Lakin səsvermədə iştirak edən ölkələrin 50 faizindən azı sənədin lehinə səs verib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna, Kanada və bir sıra Avropa dövlətləri tərəfindən təqdim olunan “Ukraynalı uşaqların qayıtması” adlı qətnamə layihəsi 91 ölkə tərəfindən dəstəklənib.

57 ölkə bitərəf qalıb, Rusiya, İran, Kuba, Belarus və Şimali Koreya da daxil olmaqla 11 dövlət sənədin əleyhinə səs verib.

Ümumilikdə BMT-nin 193 üzvü mövcuddur.

 

// Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr