İranın Cənubi Xorasan əyalətindəki Şadan mədənində 61 milyon ton qızıl ehtiyatı kəşf edilib.
Publika.az xəbər verir ki, bu barədə İranın Sənaye və Mədən Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, mədəndə 7,95 milyon ton oksidləşmiş və 53,1 milyon ton sulfid qızıl filizi tapılıb.
İran Mərkəzi Bankının yüksək vəzifəli rəsmisi Yekta Əşrəfi qızıl ehtiyatlarının artırılmasının beynəlxalq sanksiyaların ağırlığı altında ölkə iqtisadiyyatının güclənməsinə kömək edəcəyini bildirib.