AZ

Şəmkirdə mikroavtobus aşıb: 12 NƏFƏR XƏSARƏT ALIB

İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.

 

Senzor.az bildirir ki, qəza nəticəsində 12 nəfər xəsarət alıb.

 

TƏBİB-dən verilən məlumata görə, ki, xəsarət alanların 11-i qadın, biri isə kişidir.

 

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub,  müalicələri davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
11
senzor.az

1Mənbələr