AZ

Rusiyaya qarşı qətnamə: Ukraynadan zorla deportasiya etdiyin uşaqları qaytar!

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

BMT Baş Assambleyası Rusiyadan "zorla deportasiya edilmiş ukraynalı uşaqların heç bir əlavə şərt olmadan dərhal və təhlükəsiz şəkildə geri qaytarılmasını təmin etməsini" tələb edən qətnamə qəbul edib.

Reyting.az xəbər verir ki, qətnamə Baş Assambleyada iştirak edən 91 ölkə tərəfindən dəstəklənib, 12-si əleyhinə səs verib, 57-si bitərəf qalıb.

Qətnamənin əleyhinə səs verənlər Belarus, Burkina Faso, Burundi, Kuba, Şimali Koreya, Eritreya, İran, Mali, Nikaraqua, Niger, Sudan və Rusiyadır.

Qətnamədə Moskvadan Ukrayna uşaqlarının zorla köçürülməsini, ailələrindən ayrılmasını, vətəndaşlıqlarının dəyişdirilməsini və onların təbliğini "dərhal dayandırması" tələb olunur.

Ukrayna iddia edir ki, tammiqyaslı işğalının başlanğıcından bəri Rusiya ən azı 20.000 Ukrayna uşağını ölkədən zorla çıxarıb. Kiyev bildirir ki, onlardan yalnız 1850 nəfərini evə qaytara bilib.

Onu da qeyd edək ki, Ukraynadan uşaqların deportasiyası ilə əlaqədar olaraq, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin, eləcə də Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belova üçün həbs qərarı verib. Rusiya isə dəfələrlə deportasiya ittihamlarını ədalətsiz adlandırıb.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
reyting.az

1Mənbələr