AZ

Ərdoğanın məsləhəti ilə evliliyimizə şans verdik

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli məşhur müğənni Sinan Akçıl aktrisa Burcu Kıratlı ilə ikinci dəfə evlənib boşanmasından danışıb.

Axşam.az xəbər verir ki, ifaçı münasibətlərini davam etdirməyi ona Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsləhət gördüyünü açıqlayıb:

“Ərdoğan boşanmağımın doğru qərar olmadığını dedi. Bu səbəbdən yenidən cəhd etdik. 1 il də şans verdik. Amma olmadı”.

Onun sözlərinə görə, bu söhbət Əminə Ərdoğan və Burcunun da olduğu tədbirdə baş tutub.

Qeyd edək ki, Sinanla Burcu ilk dəfə 2018-ci ildə evlənib. Onlar bir ildən sonra boşanıblar. Cütlüyün 2021-ci ildəki evliliyi də 2022-ci ildə rəsmi şəkildə sonlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
axsam.az

1Mənbələr