AZ

UNESCO: Azərbaycanla elm və təhsil əməkdaşlığı davam edəcək

BAKI, 4 dekabr. TELEQRAF

“UNESCO elm və təhsil sahəsində Azərbaycan ilə əməkdaşlığı dəstəkləyir və bu əməkdaşlığı davam etdirmək istəyir”.

Teleqraf xəbər verir ki, UNESCO-nun baş direktorunun müavini Lidiya Brito bu gün keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın açılış mərasiminə video-müraciət ünvanlayıb.

“Biz Azərbaycanla elm sahəsində olan əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq”, – deyə o video müraciətdə vurğulayıb.

Seçilən
39
4
teleqraf.com

5Mənbələr