AZ

Şirvan-Salyan regionunda 15 şagird inklüziv təhsilə cəlb olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv təhsilə cəlb olunan şagirdlərin sayı məlum olub. TƏHSİL.BİZ xəbər verir ki, hazırda idarənin tabeliyində olan Şirvan şəhəri 21, 10 nömrəli, Biləsuvar şəhəri N.Gəncəvi adına 1 nömrəli, Neftçala şəhəri S.İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəblərində inklüziv siniflər fəaliyyət göstərir. Qeyd edək ki, həmin məktəblər üzrə ümumilikdə 10 sinifdə 15 şagird inklüziv təhsilə cəlb edilib.

 

 

Seçilən
21
1
tehsil.biz

2Mənbələr