AZ

Alparslan Bayraktar: "Akkuyu" AES-də tikinti işlərinin 95%-i tamamlanıb

BAKI, 4 dekabr. TELEQRAF

Türkiyədə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyasının birinci blokunda tikinti işlərinin 95%-i tamamlanıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə ökənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Bayraktar qeyd edib ki, stansiyada elektrik enerjisinin istehsalına 2026-cı ildə başlanılması planlaşdırılır:

"Akkuyu AES Türkiyənin ən iri xarici investisiya layihəsidir. Siyasi səbəblərə görə bəzi istehsalçılar komponentləri Türkiyəyə təhvil vermədilər, bu da layihənin icrasına təsir göstərdi”.

Nazirin sözlərinə görə, stansiya üçün tələb olunan avadanlıqların böyük hissəsi artıq Türkiyəyə çatdırılıb, bəzi komponentlər isəyoldadır.

Qeyd edək ki, “Akkuyu” Türkiyənin ilk atom elektrik stansiyasıdır və onun tikintisi Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən həyata keçirilir. Layihə Rusiya istehsalı olan III+ VVER tipli dörd reaktoru əhatə edir. Hər bir blokun gücü 1 200 MVt olacaq.

Seçilən
3
teleqraf.com

1Mənbələr