AZ

Almatı yaxınlığında zəlzələ baş verib

Bu gün Qazaxıstanın paytaxtı Almatı şəhərinin yaxınlığında zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə "Bizmedia.kz" məlumat yayıb.

Məlumata görə şəhər sakinləri təxminən saat 12:45 radələrində titrəyişlər hiss ediblər.

Şəhərdə sirenalar işə düşüb və bəzi sakinlərə təhlükə barədə telefon vasitəsilə xəbərdarlıq göndərilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Təcili Hallar seysmik stansiyalar şəbəkəsi 2-3 bal gücündə zəlzələni qeydə alıb.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Bildirilir ki, Bişkek sakinləri də Almatı yaxınlığında baş verən zəlzələni hiss ediblər.

Seçilən
2
3
apa.az

4Mənbələr