AZ

Cennifer Lopez Astanada istehlak aktivliyini artırıb Qazaxıstan Milli Bankı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Dünya ulduzları Cennifer Lopez və “The Backstreet Boys”un Astana və Almatıda keçirilən konsertləri qida xidməti sektorunda tələbatın artmasına səbəb olub.

Yeniavaz.com xəbər verir ki, bu məlumat Qazaxıstan Milli Bankının noyabr ayı üçün açıqladığı “Pul siyasəti hesabatı”nda yer alıb.

Hesabatda bildirilir ki, Astana və Almatıda 2025-ci ilin üçüncü rübündə Jennifer Lopez və “Backstreet Boys” qrupu kimi dünya səviyyəli ifaçıların konsertləri yerli istehlak aktivliyinə müsbət təsir göstərib. Bu tədbirlər xüsusilə iaşə sektorunda nəzərəçarpacaq canlanma yaradıb.

Aparılan analiz göstərir ki, beynəlxalq konsertlər iaşə xidmətlərinin həcmini 5-11% artırıb. Ən güclü təsir Astananın payına düşüb – burada artım təxminən 8,4% təşkil edib. “Backstreet Boys”un Astana konserti həm iaşə, həm də pərakəndə ticarət göstəricilərinə daha böyük təsir göstərib.

Qeyd edək ki, Lopez avqustda Astana və Almatıda çıxış edib. Sentyabr ayında isə Amerikanın “Backstreet Boys” qrupu bu şəhərlərdə çıxış edib.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
99
33
yeniavaz.com

10Mənbələr