AZ

İsraildə İrana casusluqda ittiham edilən şəxs həbs edilib

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsraildə İran üçün casusluqda şübhəli bilinən şəxs polis tərəfindən həbs edilib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, onun saxlanılması polis və Şin Betin (Daxili Təhlükəsizlik Xidməti) ortaq əməliyyatı nəticəsində mümkün olub.

Polis və Şin Betin ortaq bəyanatında Aşkelondan olan 37 yaşlı Amir Malkanın indiyə qədər İrandan casusluq müqabilində minlərlə dollar vəsait aldığı müəyyən edilib.

Onun casusluğunun fəaliyyət istiqamətləri və əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, İsrail mətbuatı 2024-cü ildən bəri İran üçün casusluq hallarında artım müşahidə olunduğunu yazır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
4
icma.az

5Mənbələr