AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü stasionar posta "ilişdi"


Paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

DİN-in məlumatına görə, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

ZÜMRÜD

Seçilən
79
50
baki-xeber.com

10Mənbələr