AZ

Alperen Şengün NBA tarixinə düşüb

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets”in formasını geyinən türkiyəli basketbolçu Alperen Şengün çempionatın tarixinə düşüb.

Apasport.az xəbər verir ki, o, NBA-da ən gənc oyunçular arasında 5000+ xal, 2500+ ribaund və 1000+ məhsuldar ötürməyə çatan üçüncü basketbolçu olub.

23 yaşlı oyunçu bunu “Sakramento Kinqs”ə (121:95) qalib gəldikləri oyunda bacarıb. Türkiyə millisinin üzvü həmin qarşılaşmada 28 xal, 10 ribaund və 3 assistlə yadda qalıb.

Bu uğura daha əvvəl Lebron Ceyms və Yannis Adetokunbo imza atıb.

Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"

Millimiz Lüksemburqa məğlub olub

Millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq

Naxçıvan təmsilçisindən növbəti transfer

Litvalı basketbolçudan möhtəşəm geridönüş: 10 saniyədə 9 xal - VİDEO

Seçilən
14
4
apasport.az

6Mənbələr