“Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında ciddi gərginlik yaranıb. Katolikos II Garegin və digər din xadimləri hökuməti dəyişmək istədikləri üçün təzyiqlərlə üzləşiblər. Bu, kilsənin mövqeyinin zəiflədilməsinə görədir. Paşinyan seçki öncəsi kilsəni öz nəzarətinə salmaq niyyətindədir. Qərb və Avropa İttifaqının reaksiyası isə seçici xarakter daşıyır. Avropa İttifaqı və Qərb strukturları Ermənistanı "demokratik islahatlara sadiq" ölkə kimi təqdim edirlər, insan haqları pozuntularına ciddi reaksiya verilmir. Geosiyasi maraqlar insan haqları prinsiplərindən üstün tutulur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyevin sözlərinə görə, eyni pozuntular başqa ölkələrdə kəskin tənqid olunarkən, Ermənistanda görməzdən gəlinir: “Bu vəziyyət beynəlxalq ictimaiyyətdə "ikili standartlar" olaraq qiymətləndirilir. Qərb bu məsələləri geosiyasi prioritetlərə görə arxa plana keçirir”, - deputat bildirib.
Aytəkin Qardaşova