AZ

Proses başlayıb, II Qaregin getməlidir! Paşinyan

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən inanıram ki, kilsə əleyhinə düşüncə tərzi ilə hərəkət edən Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) və onun ətrafındakı kiçik bir dairədir”.Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan 4 dekabrda jurnalistlərlə söhbətində bildirib.

"Ermənistan Apostol Kilsəsinə Ktriç Nersisyanın və digərlərinin Ana Taxtda olmasından daha çox zərər verən heç nə yoxdur.

Proses başlayıb və o, getməlidir. Onun istefa verib-verməyəcəyi ilə bağlı seçim yoxdur. O, getməlidir!", - deyə Paşinyan əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
17
modern.az

10Mənbələr