
Belqrad son bir neçə ay ərzində xaricdən neft idxal edə bilmir. Bu, ABŞ-ın “Neft Sənayesi Serbiyası” (NIS) şirkətinə tətbiq etdiyi sanksiyalarla bağlıdır, lakin ölkənin iqtisadi vəziyyəti stabildir.
AFN.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedevich-Xandanoviç neft şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, Serbiyaya artıq iki aydır neft daxil olmur, amma vətəndaşlar və müəssisələr bunu hiss etməyib. "Biz və bundan sonra NIS məsələsi həll olunana və Pançevodakı neft emalı zavodu fəaliyyətini bərpa edənə qədər bütün mümkün tədbirləri görəcəyik. Vəziyyət gündəlik izlənilir və saatlıq dəyişir” - deyə serbiyalı məmur bildirib.
Djedevich-Xandanoviç qeyd edib ki, nazirlik daxili bazarın fasiləsiz təminatı üçün bütün zəruri tədbirləri davam etdirir və neft məhsulları üçün məcburi ehtiyat mexanizmi üzərində işləyir.