AZ

Putin danışdı: “Ora qayıtmaq istəmirik”

Rusiya “Böyük səkkizlik” (G8) qrupuna qayıtmaq istəmir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “India Today” nəşrinə müsahibəsində danışıb.

“G7-nin dünya iqtisadiyyatındakı payı ildən-ilə azalır. Anlamaq olmur, onlar niyə özlərini “Böyük yeddilik” adlandırırlar? Orada böyük nə var ki?”, – Putin deyib.

Qeyd edək ki, 1997-2014-cü illərdə bu qeyri-rəsmi klub “Böyük səkkizlik” (G8) adlandırılıb. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra klub toplantılarını yenidən G7 formatında, Rusiyanın iştirakı olmadan keçirməyə başlayıb. Hazırda kluba ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir.

Seçilən
34
3
konkret.az

4Mənbələr