AZ

Novruz bayramında bir həftə qeyri iş günü olacaq

ain.az, Bizimyol saytına istinadən bildirir.

Gələn il Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün qeyri-iş günü olacaq.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Beləliklə, gələn il 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
27
bizimyol.info

10Mənbələr