ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor" komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Oyunçu "Ağsu" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.
Bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.