ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Nyu-York şəhərində Penn stansiyası metro xəttində baş verən hücum şəhərin təhlükəsizlik problemlərini yenidən ön plana çıxarıb.
Reyting.az xəbər verir ki, hadisə bazar ertəsi səhər saat 3:00 radələrində şimala gedən qatarda qeydə alınıb.
Qatar stansiyaya girərkən naməlum şəxs qatara girib və oturacaqda yatan 56 yaşlı sərnişinin şalvarını yandırıb. Hücumçu dərhal qatardan düşərək qaçıb.
Alov içində qalan sərnişin ətrafdakıların və stansiya təhlükəsizlik işçilərinin müdaxiləsi ilə xilas edilib. Kişi xəstəxanaya aparılıb. Bildirilir ki, zərərçəkən ayaqlarından ağır yanıqlar alsa da, həyatına təhlükə yoxdur.
Hadisə yerində aparılan araşdırma nəticəsində oturacaqda dəri parçalar aşkar edilib ki, bu da hücumun şiddətini göstərir.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.