AZ

Toydan toy tutmursansa, müğənni deyilsən Zemfira

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

"Toyun ləzzəti canlı oxumaqdadır. Əgər sən oxuduğun toydan beş-on dənə toy sifarişi almırsansa, deməli sən heç müğənni deyilsən".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Rəngarəng" verilişində qonaq olan müğənni Zemfira İbrahimova deyib.

Sənətçi toy şənliklərindən danışıb:

"Toy bizim milli adət-ənənələrimizin özüdür. Toyda canlı oxumaq lazımdır. Amma indi bəzi sənətçilər var, on gün öncədən başlayır hazırlaşmağa ki, toyda nə oxuyacağam? Hətta yarım saatlıq fonaqram yazdıranlar da var. Burda da toy yiyəsində günha görürəm, demək ki, o belə istəyir.

Toyda yorulmaq lazımdır, pulu halallıqla qazanmalısan. Elə olmasa o pulu heç evimə aparmaram. İndikilər deyir toy sənət deyil. Vaxt var idi səhər 11-dən gecə 4-ə kimi toy oxuyurdular. Bir çox müğənni musiqinin səmtini dəyişdi".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
bakivaxti.az

3Mənbələr