AZ

Çuğundur iltihabı azaldır, beyinə qoruyucu təsir göstərir

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şotlandiyanın Qərbi Şotlandiya Universitetinin alimləri çuğundurun beyin sağlamlığı üçün faydalı ola biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, alimlərin araşdırması Nutrients jurnalında dərc olunub.  

Məlum olub ki, çuğundur tərkibində olan nitratlar, betalainlər və polifenollar vasitəsilə orqanizmdə iltihab prosesini azaldır, oksidləşmə stresini zəiflədərək Alzheimer xəstəliyinin inkişaf riskini azalda bilər. İnsan hüceyrələri və heyvanlar üzərində aparılan təcrübələrdə çuğundur komponentləri mitoxondriyal fəaliyyətini yaxşılaşdırır, neyronları qoruyur və iltihab siqnallarını zəiflədir.  

Araşdırmada həmçinin çuğundur əsaslı içkilərin beynin qan dövranını artırdığı, kognitiv funksiyaların pozulmağa başladığı sahələrə təsir göstərdiyi göstərilib. Epidemioloji müşahidələr də göstərir ki, bitki mənşəli nitratların daha aktiv qəbulu yaddaşın azalmasını ləngidir.  

Alimlər qeyd edirlər ki, nitratlar bədəndə oksid azotuna çevrilərək qan dövranını yaxşılaşdırır, təzyiqi azaldır və ürək-damar sistemini dəstəkləyir. Lakin həddindən artıq qəbulu toksiki nitritlərin əmələ gəlməsinə səbəb ola bilər.  

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
redaktor.az

2Mənbələr