AZ

Pul mübahisəsi cinayətlə nəticələndi: Ata bıçaqlandı, oğul dəlixanaya göndərildi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ağdaş rayonunda 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 14 iyul 2024-cü ildə, gecəyarısı Ağdaş şəhərində baş verib. Kənan həmin gün yaşadıqları fərdi yaşayış evində atası Aqilin xərcləmək üçün ona az məbləğdə pul verməsindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin evin mətbəxindən götürdüyü bıçaqla ona zərbələr vurub. Hadisəni törədən Kənan Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən K. Zülfüqarov bildirib ki, anadangəlmə nitq pozğunluğu və əqil zəifliyi olduğu üçün orta məktəbə getməyib, 3-cü dərəcə əlilliyi olan şəxsdir: “İyulun 13-də, saat 23 radələrində atamın yanına gedərək pul istədim. Atamın mənə 12 manat məbləğində pul verdiyini gördüm, daha artıq məbləğdə pul verməsini istədim. Lakin atam daha artıq məbləğdə pul vermədi. Təxminən 10-15 dəqiqə sonra yenidən atama yaxınlaşaraq pul istədim. Həmin vaxt atam evin yataq otağında taxta döşəmənin üzərində əyləşmişdi. Daha sonra atam bacımı çağırdı. O, da gələrək mənə 1 manat məbləğində pul verdi”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra iyulun 14-də, gecəyarısı əvvəlcə evin həyətinə, daha sonra isə yenidən əsəbləşərək atasının yanına gedib və ona daha artıq məbləğdə pul verməsini bildirib: “Lakin atam mənə daha artıq məbləğdə pul vermədi və mənə otaqdan çıxmağımı işarə etdi. Bundan sonra aramızda mübahisə baş verdi. Daha sonra atamı qorxutmaq üçün mətbəxə gedərək oradan bıçağı götürdüm və yenidən atamın  yanına gələrək mənə pul verməsinə işarə etdim. Lakin atam mənə bıçağı yerinə qoymağımı, otaqdan çıxmağımı əmr etdi. Mən isə əsəbləşərək atamın qarın hissəsinə bıçaqla bir neçə zərbə vurdum. Lakin neçə zərbə vurduğumu xatırlamadım. Bu zaman atamın qarın hissəsindən qanın axdığını görərək qorxdum. Dərhal evin giriş qapısına tərəf qaçdım. Həmin vaxt anam və bacım məni tutmağa çalışsalar da, buna nail ola bilmədilər. Bundan sonra evi tərk edərək küçəyə çıxdım. Oradan da qonşumuzun Təmais Süleymanovanın həyətinə daxil oldum və bıçağı həyətdəki ağacın alt hissəsinə tulladım. Daha sonra həmin yeri tərk edərək yaşadığım evə qayıtdım. Anam ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gedərək özümü təqdim etdim”.Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub, o, cinayət məsuliyyətindən və cəzadan azad edilib.Hökmə əsasən, K. Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib.Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Onun barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərarı qanuni qüvvəyə

minənədək dəyişdirilmədən saxlanılıb.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
demokrat.az

1Mənbələr