AZ

Fərhad Hacıyev: Könüllülərin 22-27%-i işlə təmin olunur

“Statistika göstərir ki, könüllülüyə cəlb olunmuş gənclərin 22-27%-i daha sonra işlə təmin olunurlar”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda söyləyib.

O bildirib ki, könüllülük hərəkatı xüsusilə son dövrlərdə böyük sürətlə inkişaf etməyə başlayıb: “1999-cu ildə Ulu Öndərin Fərmanı ilə Azərbaycanda könüllülük hərəkatının inkişafı ilə bağlı sənəd imzalanmışdı. O zaman 100–150 könüllü vardı və BMT-nin proqramı icra olunurdu. Amma təbii ki, bu hərəkat sonradan böyük sürətlə inkişaf etməyə başladı. “Avroviziya” müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər tədbirlərdə Azərbaycan gəncləri fəal iştirak etdilər. On minlərlə gənc bu tədbirlərə qoşulur, öz münasibətini göstərirdi. Xatırlayıram, I Avropa Oyunları zamanı artıq 30 min gənc müraciət etmişdi və onlardan 15 mini seçilərək bu tarixi yarışların uğurla keçirilməsində birbaşa iştirak etdi”.

Nazir müavini vurğulayıb ki, Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu, Elm və Təhsil Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi kimi bütün qurumlar gənclərin inkişafına dəstək göstərir və bütün istiqamətlərdə onların yanında olur.

Seçilən
14
tehsil.biz

1Mənbələr