AZ

Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın növbəti direktorunun adı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən xəbər verir ki, Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib.

“Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Baş nazir Benyamin Netanyahu özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - Netanyahunun ofisi bildirib.

Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.

Seçilən
45
4
operativmm.az

10Mənbələr