AZ

İran 170 min əcnəbini şəhərdən çıxarır - SƏBƏB

İranın İsfahan şəhərində 170 min əcnəbi vətəndaşın şəhərin xaricinə çıxarılacağı və bununla da burada yaşayan əcnəbilərin ümumi əhali içindəki payının 3 faizdən aşağı salınacağı bildirilib.

"Cebheinfo.az" "Fars" agentliyinə istinadən xəbər verir ki, İsfahan valisi Mehdi Cemalinejad bildirib ki, İsfahan sənaye müəssisələri və mədənlər baxımından əcnəbilər üçün cəlbedici mərkəzə çevrilib və əyalət bu sahədə tənzimləmə proqramlarının tətbiqində öncül olmalıdır:

“Əsas məqsəd 170 min əcnəbinin şəhərdən çıxarılması ilə əcnəbi əhalinin payını 3 faizdən aşağı salmaqdır. Lakin bu prosesdə əcnəbilərin ləyaqəti qorunmalı və sənaye sektoruna zərər verilməməlidir”.

O, bu tədbirlərin planlı və uyğun şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb və əcnəbi əhalinin nəzarətsiz artımının qarşısını almaq üçün cəzbedici tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edib.

İş icazəsi verilmiş əcnəbilərin yalnız icazə verilmiş sahələrdə çalışmalı olduğunu bildirən Mehdi Cemalinejad, 170 min nəfərin çıxarılması zamanı ictimai asayişin pozulmamasına xüsusi diqqət yetirilməli olduğunu deyib:

“Ölkədə təxminən 6 milyon əfqan yaşayır və onlardan 2 milyondan çoxu qeyri-qanuni şəkildə məskunlaşıb”.

Xatırladaq ki, Prezident Məsud Pəzəşkiyan seçki kampaniyası zamanı qeyri-qanuni miqrantların ölkədə narkotik və məşğulluq kimi ciddi sosial problemlərə səbəb olduğunu və bu məsələnin həll ediləcəyini vəd etmişdi.

İran iyun ayında baş verən 12 günlük müharibədən sonra qeyri-qanuni əfqan miqrantlara qarşı kütləvi deportasiya əməliyyatlarını artırmışdı.

Seçilən
68
1
cebheinfo.az

2Mənbələr