Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə sonuncu məhkəmə iclası baş tutub.
Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırov küçədə qayınatası Hüseyn Əhmədov və arvadı Əfsanə Bağırovaya vintaçanla xəsarət yetirib.
Təqsirləndirilən Fərid Bağırov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib. (Trend.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta