AZ

Azərbaycanda könüllülük fəaliyyəti 40 min 463 nəfəri əhatə edəcək

Bakı, 4 dekabr, AZƏRTAC

İlin yekununda Azərbaycanda könüllü sayı bütün fəaliyyətləri başa vurmaqla 40 min 463 nəfəri əhatə edəcək. Bunlardan 15 min 376 nəfəri kişi, 25 min 87-si qadınlardır. Bu rəqəmləri faiz nisbətində göstərsək, onların 32 faizi kişilər, 68 faizi isə qadınlardır. Beləliklə, qadınlar könüllülük fəaliyyəti üzrə üstünlük təşkil edirlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxış edərkən deyib. V. liyev bildirib ki, il ərzində həyata keçirilmiş tədbirlərin və layihələrin sayı 234-dür: "Asudə vaxtın səmərəli təşkili üzrə keçirilən tədbirlər 35 faiz, vətənpərvərlik istiqamətində həyata keçirilən layihələr 25 faiz, sosial layihələr 17, 3 faiz, ekoloji layihələr 12,7 faiz, digər layihə və tədbirlər 10 faiz təşkil edib".

Seçilən
13
azertag.az

1Mənbələr