AZ

Bakıda Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraqRespublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəniəməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

Bildirilib ki, iclasda iştirak məqsədilə Birgə Komissiyanın İraqRespublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri HayamAl-Yasirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərəgəlib.

Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri,rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraq nümayəndəheyətini salamlayaraq bildirib ki, sıx tarixi, dini və mədəniəlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasındamüxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçünböyük potensial mövcuddur.

Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri vəiki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib,Birgə Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsiüçün səmərəli platforma olduğunu vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İraq Biznes Şurasınınfəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarətəlaqələrinin inkişafına töhfə verə bilər.

Rəşad Nəbiyev, həmçinin regionda sülh quruculuğu ilə bağlı carivəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəaparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətəçatdırılıb ki, işğaldan azad edilən ərazilər Böyük Qayıdışa dairDövlət Proqramı çərçivəsində yenidən qurulur və bu region “yaşılenerji” zonası elan olunub.

İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlıinvestisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil,mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıqimkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraqRespublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəniəməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokoluimzalanıb.

Məlumat üçün bildirək ki, Birgə Komissiya 2010-cu il noyabrın10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökumətivə İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi,texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Bakıda
Bakıda
Bakıda
Seçilən
13
6
az.trend.az

10Mənbələr