AZ

Merih Demiral müqavilə imzaladı – ərəblərlə

“Əl-Əhli” Türkiyə millisinin üzvü Merih Demiralın müqaviləsinin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, “Əl-Əhli” Merih Demiralı 2023-cü ilin yayında “Atalanta”dan 17 milyon avroya transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Ciddə təmsilçisinin heyətində meydana çıxdığı 16matçda 1 qol vurub.

Seçilən
94
4
msport.az

5Mənbələr