AZ

İşçi əmək müqaviləsini bağlamaqla ilk növbədə sosial maraqlarını təmin edir - AÇIQLAMA

Bakı, 4 dekabr, AZƏRTAC

Bu gün tikinti sektorunda qeyri-rəsmi, müqaviləsiz çalışanlar arasında vergidən yayınanlar kifayət qədərdir. Bu problemin həlli mexanizmi nədir?

Məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli AZƏRTAC-a açıqlamasında deyib ki, vətəndaş əmək müqaviləsini bağlamaqla ilk növbədə sosial maraqlarını təmin edir.

“İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Həmçinin vergilərin və sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməsi qanunla hər bir vətəndaşın vəzifəsidir. Əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi ilə bağlı ciddi vergi sanksiyaları mövcuddur.

Belə ki, müəssisələr işçi ilə müqavilə bağlamırsa, onlara qarşı 20-30 min cərimə sanksiyası nəzərdə tutulub. Hətta 50 min manatdan yuxarı məbləğdə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır”, - deyə

X.Kərimli qeyd edib ki, sahibkarlar, o cümlədən tikinti sahəsində çalışan iş adamları da bu məsələyə ciddi nəzarət etməlidirlər. Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi Xidməti isə nəzarətedici orqanlardır.

Seçilən
143
azertag.az

1Mənbələr