AZ

Sərkisyanın Qarabağ barədə Putinə yazdığı məktuba Zaxarovadan reaksiya

BAKI, 4 dekabr. TELEQRAF

“İrəvanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materialları və dövlət başçılarının yazışmalarını maraqlı tərəflərin əvvəlcədən razılığı olmadan yayması diplomatik praktikanın qəbul olunmuş etik normalarının pozulmasıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, bu sənədlər açıqlanandan sonra Rusiya tərəfi bunu qiymətləndirmək imkanına malikdir. Zaxarovanın sözlərinə görə, təqdim olunan materiallar son vaxtlar rəsmi İrəvanın irəli sürdüyü tezisləri təkzib edir.

“BMT və ATƏT tərəfindən hazırlanmış və qəbul edilmiş sənədlər göstərir ki, ölkəmiz həm vasitəçi, həm də Minsk qrupunun həmsədri kimi, otuz il ərzində (keçmiş) Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həllinə ardıcıl şəkildə çalışıb”, - Rusiya rəsmisi iddia edib.

Zaxarova vurğulayıb ki, Rusiyanın mövqeyi həmişə iki əsas prinsip arasında tarazlıq axtarışına əsaslanıb: Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət və “beynəlxalq norma və standartlara uyğun olaraq yerli əhalinin hüquq və maraqlarının təmin edilməsi”.

Seçilən
143
teleqraf.com

1Mənbələr