AZ

"Servis haqqı" ləğv edilməlidir: "Əlavə ödəniş işçiyə çatmır"

Türkiyə hökumətinin qərarı ilə iaşə müəssisələrində ayrıca "servis pulu"nun hesablanması qadağan edilib. Bunun səbəbi "servis pulu"nun işçilərə verilməməsidir. Bundan sonra "servis pulu" könüllü olacaq, yəni müştəri istədiyi halda ödəyəcək, xidmətin haqqı əvvəlcədən qiymətə daxil edilməyəcək. 

Qeyd edək ki, Azərbaycanda da restoran və kafelər Türkiyə təcrübəsindən bəhrələnərək ümumi qiymətə servis pulu daxil edirlər.  

Türkiyədəki qərar göstərir ki, "servis haqqı"nın tətbiqi effektiv deyil, bu, həm istehlakçı xərclərini artırır, həm də xidmət göstərən işçilər üçün əlavə gəlir imkanı yaratmır.  

FED.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, hər hansısa məhsulun və ya xidmətin yekun qiymətini formalaşdıran amillər onun ərsəyə gəlməsində çəkilən xərclərdir:

 “İctimai iaşə obyektlərindən nümunə götürsək, tələb olunan xammalın, işçilərin xərci, kommunal xərcləri, varsa icarə haqqı, daşıma xərcləri toplanılır, üzərinə 15-20 faiz  mənfəət əlavə edilir. Bundan sonra yekun qiymət formalaşır”.  (Sfera.az)

Seçilən
12
fed.az

1Mənbələr