“Qəbələ” Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
"Unikal" xəbər verir ki, bölgə təmsilçisi 1/8 finalda “Şəfa” ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə üstələyib.
“Qəbələ” növbəti raundda “Sabah”la üz-üzə gələcək.
Saat 19:00-da start götürəcək oyunlarda isə “Araz-Naxçıvan” “Kəpəz”lə, “Sumqayıt” “Difai” ilə üz-üzə gələcək. Bu görüşlərdə qalib gələn komandalar 1/4 finalda, müvafiq olaraq, “Turan Tovuz” və “Zirə”yə rəqib olacaq.
Qeyd edək ki, daha əvvəl “Şamaxı”və “Qarabağ” klubları da adını növbəti mərhələyə yazdırıb.