AZ

Türkiyə Rusiya və Ukraynaya çağırış etdi

Rusiya-Ukrayna münaqişəsində enerji infrastrukturu hücumların hədəfi olmamalıdır.

Bunu Türkiyənin enerji naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, hər hansı bir pozuntu qlobal bazarlara təsir edəcək: “Biz Rusiya və Ukraynada bütün tərəflərə deyirik: bu müharibəyə enerji infrastrukturunu cəlb etməyin, çünki insanların gündəlik həyatı bundan asılıdır”, – deyə o bildirib.

Bəyanat Qara dənizdə tankerlərə edilən son hücumlar fonunda verilib. Belə ki, ötən həftənin sonundan bəri üç tankerə hücum edilib: Türkiyə sahillərindəki “Kairos” və “Virat” və Rusiyadan Gürcüstana ərzaq təchizatı ilə gedən “Midvolga 2”. Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Hərbi Dəniz Qüvvələri iki tankerə edilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

//Samir Qurbanov, Editor.az

Seçilən
85
editor.az

1Mənbələr