
Avropa Komissiyası (AK) Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə strateji çatışmazlıqlara görə yüksək riskli ölkələr siyahısına əlavə edib.
Yeniavaz.com “Politico” qəzetinə istinadla xəbər verir ki, bu barədə dekabrın 3-də AK-nın rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Avropa Komissiyası açıq mənbələrdən, Aİ-yə üzv dövlət strukturlarından və Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) əldə edilən məlumatları müqayisə edərək texniki qiymətləndirmə aparıb.
“Qiymətləndirmə nəticəsində belə qənaətə gəlindi ki, Rusiya yüksək riskli üçüncü ölkə kimi təyin olunma meyarlarına cavab verir”, - sənəddə qeyd esilib.