AZ

Gültəkin Hacıbəyli ilə bağlı gözlənilməz gediş: gizlinlər açılır Türkiyə detalı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Azərbaycana deport ediləcəyi bildirilsə də, hələ də baş tutmaması bir sıra suallar yaradıb. Bu kontekstdə Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyevin iddiaları diqqət çəkib. O bildirib ki, Gültəkin Hacıbəylinin sığınacaq üçün müraciət edib və buna görə də ölkəmizə təhvil verilməsi real görünmür.

Sitat: “Gültəkin Hacıbəyli hazırda Türkiyə ərazisindədir və məsələ artıq hüquqi müstəvidə araşdırılır. Üstəlik, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara məruz qalmamaq hüququ) maddələrinə əsaslanan müraciət çərçivəsində AİHM-in 39-cu Qaydasına uyğun olaraq müvəqqəti tədbir görülərsə, deportasiya hüquqi baxımdan tam mümkünsüz olacaq”.

Paralel olaraq, Gültəkin Hacıbəyli dekabrın 3-də sosial şəbəkə hesabında qeyd edib ki, o, hazırda İstanbulda Arnavutköy deportasiya mərkəzində saxlanılır. Sabiq deputatın sözlərinə görə, onun Azərbaycana təhvil verilməsi üçün hazırlıq işləri gedir: “Bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək”.

Türkiyə Gültəkin Hacıbəylini verməyə bilərmi? Üçüncü ölkəyə getmək istəsə, onun bu arzusunun reallaşması mümkündürmü?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Türkiyənin nə Gültəkin Hacıbəylini, nə də tələb olunan istənilən digər şəxsi Azərbaycana təhvil verməmək kimi imkanı var:

Mehman Muradlı

“Çünki Azərbaycanla Türkiyə arasında hüquqi yardım və ekstradisiya ilə bağlı qüvvədə olan müqavilə mövcuddur. Buna əsasən, Azərbaycan hər hansı şəxsin təhvil verilməsini tələb edirsə, qarşı tərəf bu tələbi yerinə yetirməyə borcludur. Bu proses beynəlxalq hüquq normaları ilə də tənzimlənir. Ona görə də həmin şəxsin üçüncü bir ölkəyə keçməsi və ya Azərbaycana deport edilməməsi praktiki olaraq mümkün deyil”.

Qeyd edək ki, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli noyabrın 29-u İstanbulda polis bölməsinə aparılıb və noyabrın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr