AZ

Bakıya daha 30 avtobus GƏTİRİLDİ RƏSMİ/ÖZƏL

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən ay 30-a yaxın yeni avtobus daşıyıcılar tərəfindən paytaxta gətirilərək xətlər üzrə yenilənib.Bu barədə Bizim.Media-nın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məlumat verilib. Məlumatda bildirilir ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. İl ərzində isə Bakıya 220-dən artıq avtobus gətirilib. İlin sonuna kimi bu rəqəmin 400-ə yaxın olması planlaşdırılıb.Ölkə üzrə il ərzində ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir. AYNA-nın məlumatında qeyd edilir ki, bütün bunlar ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək.Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
bizim.media

3Mənbələr