AZ

"Qarabağ" - "Ayaks" oyununun biletləri tükənmək üzrədir

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb.

Xezerxeber.az-ın məlumatına görə, 10, 15, 25, 35 manatlıq biletlər tükənib.

Satış saat 15:00-da başlanıb.

40, 50, 75 manatlıq, həmçinin VIP və VVIP sektorlar üçün biletlər qalıb.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Seçilən
183
37
xezerxeber.az

10Mənbələr