AZ

Əli Kərimliyə sovqat göndərilib

ain.az, Mia.az saytına istinadən bildirir.

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib.Modern.az xəbər verir ki, bu barədə AXCP-nin məlumatında bildirilib.Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib.Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
3
mia.az

4Mənbələr