AZ

İnyiqo Martines yanvarda qayıda bilər “Barselona” qərarı maliyyə feyr pleydən asılıdır

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi İnyiqo Martines yanvar ayında icarə əsasında komandaya qayıtmaq istəyir.

İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu artıq rəhbərliklə ilkin razılıq üçün danışıqlara başlamağa hazırdır. Lakin müqavilənin taleyi tam şəkildə klubun maliyyə feyr-pley limitlərinə uyğunluğundan asılı olacaq.

İnyiqo Martines özü “Barselona”ya dönməyə çox istəkli olduğu bildirilir. Baş məşqçi Hansi-Diter Flik də təcrübəli müdafiəçinin qayıdışı ideyasını tam şəkildə dəstəkləyir.

Müqavilə şərtləri maliyyə çərçivəsinə yerləşdirilə bilsə, transferin yanvar ayında reallaşması gözlənilir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
icma.az

2Mənbələr