Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Pantone” 2026-cı ilin rəngi olaraq neytral ağ — “bulud rəqqası”nı elan edib.
KONKRET.az xəbər verir ki, rəngin kodu — PANTONE 11-4201-dir. Rəng İnstitutu sözügedən rəngin bu səs-küylü dünyaya sakitlik, aydınlıq və yaradıcı nəfəs gətirəcəyini qeyd edib.
“Bizə fasilə, yüngüllük, emosional uzaqlıq və vizual stimulların həddindən artıq çoxluğundan azad olmaq lazımdır. Sadəcə bir addım geri çəkilmək istəyirik”, — deyə “Pantone”un vitse-prezidenti Lory Pressman bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.